Sükan arxasında vəziyyəti pisləşdi piyadanı vurdu - FOTO

07
okt
2019
23:24
Qazax rayonunda sürücü öncə piyadanı vurdu sonra idarə etdiyi avtomobilini ağaca çırpdı. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Qazax rayonunda qeydə alınıb. 50 yaşlı rayon sakini Cavanşir Əmraslanov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Ağstafa rayon Qırılı kənd sakini 1957-ci il təvəllüdlü Gülşən Tağıyevanı vurub. Ardından avtomobil ağaca çırpılıb.Qadın Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu deyilir. İlkin məlumatlara görə, hadisə Cavanşir Əmraslanovun sükan arxasında vəziyyətinin pisləşməsi səbəb olub. Sürücü ağır vəziyyətdə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun komada olduğu deyilir.Faktla bağlı araşdırma başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda "07" ilə inəyi vurdu, sərnişin xəstəxanalıq oldu
Gədəbəydə sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobillə inəyi vurub. BAKU.WS bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Xar-Xar kəndində qeydə...