İstixanada narkotik tərkibli bitki yetişdirən şəxs tutulub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib.
Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib. Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...