Stadionda futbol oynayan şəxslərin pulları oğurlandı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 6-sı “ASK arena”da futbol oynayan şəxslərin pulları oğurlanıb.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat verilib.
“Mənim 986 manatımı, dostlarımın birinin 80, digərinin 50 və başqa birinin 11 manatını götürüblər. İki gün əvvəl də eyni adam iş yerimin yanındakı matketdən oğurluq edib. Polisə məlumat verilib”, - deyə şikayətçi bildirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, hadisə ilə bağlı araşdırmalar aparılır:
“Əməli törədənin şəxsiyyəti müəyyən olunub. Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...