Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
"Sonuncu şahid"in budəfəki buraxılışı qadının ərini qətlə yetirməsinin təfərrüatı əsasında çəkilib.
Belə ki, Həsən Cəbrayılov (şərti ad və soyad) və Pərvanə Zamanova (şərti ad və soyad) yeni ailə qurmuşdular və xoşbəxt idilər. Həsən hər gün Pərvanəni işə yola salandan sonra boş vaxtını ev işləri görməklə keçirirdi.
Günlərin birində Həsən həyat yoldaşı ilə parkda gəzişərkən köhnə sinif yoldaşı Rizvan Şükürovu (şərti ad və soyad) görür. Rizvan Həsəni kafelərdən birinə çağırır. Onlar görüşür, söhbət əsnasında spirtli içki qəbul edirlər.
Növbəti günlərdə artıq içkiyə aludə olan Həsən Pərvanənin çantasından pul götürərək yenidən kafeyə gedir, Rizvanla yeyib-içir. O qədər sərxoş olur ki, hara gedəcəyini bilmir və parkdakı skamyada yatır.
Evə qayıdanda isə Pərvanə ilə aralarında mübahisə başlayır. "Mən içəcəyəm, sən də bədənini sat, pul qazan", − deyən Həsənin bu sözlərinə Pərvanə dözmür, masanın üzərindəki bıçağı götürərək ona ard-arda zərbələr endirir. Aldığı xəsarətlər nəticəsində Həsən dünyasını dəyişir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....