"Space TV"-dən dələduzluq edən əməkdaşı ilə bağlı - RƏSMİ AÇIQLAMA - FOTO

Space TV-dən dələduzluq edən əməkdaşı ilə bağlı - RƏSMİ AÇIQLAMA - FOTO
Hadisə 11159
Xəbər verdiyimiz kimi, müqavilə əsasında "Space TV" ilə əməkdaşlıq edən prodakşın rəhbəri Vüqar Ağayev dələduzluqda ittiham olunur. BAKU.WS məsələ ilə bağlı "Space" Müstəqil Teleradio Şirkətinin rəhbərliyindən açıqlama alıb. Həmin açıqlamanı olduğu kimi sizə təqdim edirik:"Məlumat üçün bildiririk ki, əvvəllər "Space" telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verilişlər istehsal etmiş, “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlamışdır. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o "Space" telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr "Space" telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Həmən ərizəni sizə təqdim edirik:
BAKU.WS

Oxşar xəbərlər

"Space TV"-nin əməkdaşı dələduzluq edib - Ölkədən qaçdı - FOTOLAR

"Space TV"-nin əməkdaşı dələduzluq edib - Ölkədən qaçdı - FOTOLAR

"Space TV"-nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib. BAKU.WS xəbər verir ki, axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa...

13289 Hadisə 12:23 24 iyul 2018

Son xəbərlər