Soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisin...