Sosial şəbəkələrdə görüntüləri yayılan məclis iştirakçıları cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq paytaxt ərazisində yerləşən“Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülüb.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, aparılan araşdırmalarla 5 nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olub. Məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, ofisin icarədarı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilmiş, digər 4 nəfər isə 400 manat cərimə olunub.
Oxşar xəbərlər
Bakıda karantin rejimi qaydalarını pozan 5 obyekt aşkarlandı - FOTO
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müs...