“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbinin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.
Məlumata görə, Zaur, iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.
Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.
Oxşar xəbərlər
Nərminin işində İlkin Süleymanov DƏHŞƏTLİ FAKTLARI AÇDI: Həmin gecə səhərə qədər...
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BAKU....