Son günlər atəşkəsin intensiv pozulduğu Ağdam kəndindən FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ordusunun generalı Polad Həşimov daxil olmaqla, 11 hərbçisini iyul ayında itirdiyi Tovuz rayonunda yenidən vəziyyət gərginləşib. Belə ki, işğalçı Ermənistan ordusu son günlər Tovuz istiqamətində Azərbaycan ərazisini müxtəlif istiqamətlərdə iriçaplı pulemyotlar və snayper tüfənglərindən atəşə tutublar.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, düşmən tərəfi ordumuzun mövqelərini və mülki şəxsləri hədəf alıb.
Əməkdaşımız atəşkəs rejiminin daha çox pozulduğu Tovuz rayonunun Ağdam kəndində olub. Kənddə olarkən belə ara-sıra silah səsləri eşidilib. Erməni təxribatı nəticəsində mülki evlərə ziyan dəyib. Ağdam kəndindəki əksər evlərdə güllə izlərini görmək mümkündür.
Kənd sakinləri bildirir ki, düşmənin bütün təxribat cəhdləri ordumuzun sərrast cavab tədbirləri ilə susdurulur. "Ermənilərin bütün təxribatlarının qarşısı ordumuz tərəfindən layiqincə alınır. Çox şükür, ordumuzun gücü bəllidir. Düşmən kəndi atəşə tutmağa başlayanda hərbçilərimiz erməniləri o an yerində otuzdururlar", - deyə Şıxəli Süleymanov qeyd edib.
Sevinc Məmmədova isə deyir ki, bir neçə gündür, daha çox atmağa başlayıblar: "Çox şükür, ordumuz tərəfindən layiqli cavablarını alırlar. Xüsusən kəndi atəşə tutmağa başlayanda hərbçilərimiz daha kəskin şəkildə ermənilərin cavabını verir".
Bir sözlə, bütün çətinliklərə baxmayaraq, Ağdam kəndində əhali normal həyatını yaşamağa çalışır. Kənd sakinləri gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
Qalereya
Oxşar xəbərlər
Erməni kəşfiyyat-diversiya qrupları basqına cəhd edib, itki verməklə geriyə qaçıb
Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliy...