SON DƏQİQƏ: Bakıda qəza - Yolda tıxac yarandı

SON DƏQİQƏ: Bakıda qəza - Yolda tıxac yarandı
Foto
Hadisə 1219

Bakının Qara Qarayev prospektinin Dakar dairəsi yaxınlığında (metronun “Qara Qarayev” stansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda hadisə baş verən yerədək sıxlıq müşahidə olunur. Yaranmış sıxlıq həmin istiqamətdə ekspres və müntəzəm xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olub.

Son xəbərlər