Son bir ayda 21 qəza – DYP sürücülərə xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə etdiyi çağırışda bildirilib.
Məlumata görə, son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur".
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa, uzaq məsafələrə səfər zamanı hər iki saatdan bir qısa müddətli fasilə verməyə, alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıq təsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyə çağırır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...