İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb - VİDEO

İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb - VİDEO
Video
Hadisə 296

İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlardan sonra Girdimançay çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi sayəsində avtomobildən çıxarılıblar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.

Avtomobil sel suları nəticəsində qismən zərər görsə də, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda Zərnava kəndinə gedən yolun bərpası üçün ərazidə texnika işləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda KaMAZ-ı sel apardı - FOTO

Azərbaycanda KaMAZ-ı sel apardı - FOTO

Göyçay rayonunda yük avtomobili çaydan keçərkən suda batıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əziz M...

3515 Hadisə 18:44 11 iyun 2018

Son xəbərlər