İsmayıllıdakı yanğının səbəbi bilindi - FOTO/VİDEO - YENİLƏNİB-2
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda güclü yanğına evlərdən birinin zirzəmisindəki qaz balonunun partlaması səbəb olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Əkbərov Eldəniz Ağaməşədi oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev tamamilə yanıb, 1987-ci il təvəllüdlü Əkbərov Aqşin Elburus oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev və içərisindəki əşyalar, eləcə də evə bitişik 30 kvadratmetrlik mağaza, 80 kvadratmetrlik anbar və içərisindəki məişət əşyaları və elektrik avadanlıqları, qonşuluqdakı mağazanın tavanı yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda yanğınsöndürənlər hadisə yerindədir, yanğının tamamilə məhdudlaşdırılması işləri görülür.
Faktla bağlı araşdırma aparılır.
***14:05
İsmayıllı şəhərində baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***13:30
İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.
Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.
Məlumata görə, indiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.
Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğın davam edir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...