İsmayıllıda yük maşını dərəyə aşdı: sürücünün oğlu öldü - VİDEO

14
avq
2019
12:45
Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Yük maşını dərəyə aşdı, sürücü yaralandı, 17 yaşlı oğlu öldü - FOTO
Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS Oxu.Az-a istinadən xəbər...