İsmayıllıda qanunsuz ovladığı cüyür və porsuqları ət mağazasında satmaq istəyən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bizlan kəndinin meşə ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "report"a verilən məlumata görə, həmin şəxsin Bizlan kənd sakini Ravil Hümbətov olduğu müəyyən edilib və o, Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan bir ədəd “İJ” markalı ov tüfəngi götürülüb.
Davam etdirilən tədbirlərlə R.Hümbətovun işlədiyi ət mağazasından qanunsuz ovlayaraq satmaq məqsədilə saxladığı 1 baş cüyür və 3 porsuq da aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Qoşa bulaq”da “sevgililər” çılpaq yaxalandılar — Azərbaycandakı hadisənin TƏFƏRRÜATLARI
Goranboy rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Mikayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU....