İsmayıllıda meşədə itən oğlan TAPILDI

İsmayıllıda meşədə itən oğlan TAPILDI
Hadisə 154

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.

Məlumata görə, O.Süleymanov nazirliyin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, nazirliyin "112" qaynar telefon xəttinə 1 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qurumları və digər aidiyyətli dövlət qurumları məlumatlandırılıb. Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər