İş yoldaşının hesabına girib 6 min pul çıxardı - BAKIDA ŞOK DƏLƏDUZLUQ
24
iyl
2026
13:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunda dələduzluq etməkdə şübhəli bilinən 26 yaşlı Ə.Nərimanov polis əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxs bir neçə dəfə iş yoldaşına mobil tətbiq vasitəsilə pul köçürməkdə kömək edib.
Bu zaman onun şəxsi məlumatlarını mobil tətbiqdə saxlayaraq sonradan həmin hesabdan hissə-hissə ümumilikdə 6 min manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...