Siyəzəndə narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı bir nəfər saxlanılıb

Siyəzəndə narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı bir nəfər saxlanılıb
Hadisə 81

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşınmasında şübhəli bilinən rayon sakini Zəfər Qəniyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Zəfər Qəniyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Polisi əməliyyat keçirdi: 13 nəfər saxlanıldı

Polisi əməliyyat keçirdi: 13 nəfər saxlanıldı

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib, 13 nəfər saxlanılıb. Bu...

212 Hadisə 13:22 29 yanvar 2022

Son xəbərlər