Siyavuş Novruzova ağır itki üz verdi

Siyavuş Novruzova ağır itki üz verdi
Hadisə 1237

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov vəfat edib.

BAKU.WS-in məlumata görə, bu barədə "Report"a mərhum professorun qızı məlumat verib.

Onun sözlərinə görə, atası M.Novruzov 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib.

M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışırdı.

Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.

Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Siyavuş Novruzova ağır itki üz verdi

Oxşar xəbərlər

Professor Oqtay Nüsrətov vəfat edib

Professor Oqtay Nüsrətov vəfat edib

Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov vəfat edib. BAKU.WS...

210 Hadisə 14:27 10 sentyabr 2021

Son xəbərlər