Siqaret üstündə başlayan mübahisə ölümlə nəticələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə qətl törədilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanında üç nəfər arasında dava düşüb.
Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb.
Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.
Bildirilib ki, naməlum şəxs küçədə dayı və bacıoğluna yaxınlaşaraq onlardan siqaret istəyib. Onlar həmin şəxsə 1 ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib.
Nəticədə onların arasında mübahisə düşüb.
Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
28 yaşlı oğlan 78 yaşlı qadını zorlayıb öldürdü
Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi baş...