Sinqapura uçan təyyarə Bakıya məcburi eniş edib

Sinqapura uçan təyyarə Bakıya məcburi eniş edib
Hadisə 112

Bu gün "Singapore Airlines" aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən "Airbus A350" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Bu barədə BAKU.WS-ə aeroportdan məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.

Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini prioritet istiqamət kimi qoruyur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda mağaza yandı

Bakıda mağaza yandı

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınsöndürənlərin müd...

13 Hadisə 13:28 06 iyun 2026

Son xəbərlər