Silahlı şəxslər kafedə insanlara zor tətbiq etdilər - Xəsarət alanlar var

Silahlı şəxslər kafedə insanlara zor tətbiq etdilər - Xəsarət alanlar var
Hadisə 465

Bakıda kafedə silahlı insident olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb.

Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu göndərilib.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, silahla vətəndaşlar üzərində zor tətbiqi ilə xuliqanlıq ediblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, saxlanılanlar var.

Son xəbərlər