Silah və qumbara saxlayan şəxs tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və qumbara saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə şübhəli bilinən rayon sakini Araz Əliyev saxlanılıb.
Onun rayon ərazisindəki kirayə yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd atəşə yararlı tüfəng və 1 ədəd alışdırıcısı ilə birgə “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və A.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bu şəxslər "patı" satdığına görə tutuldu - FOTO
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional q...