Sığınacağa edilən hücumun TƏFƏRRÜATI: “Uşaqlardan birinin atası həbsdədir” - VİDEO

Sığınacağa edilən hücumun TƏFƏRRÜATI: “Uşaqlardan birinin atası həbsdədir” - VİDEO
Video
Hadisə 3

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni video paylaşıb.

BAKU.WS xəbər verir ki, o, görüntülərdə ötən gün Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatlarını açıqlayıb.

Ağazadə bildirib ki, hücuma səbəb küçədə diləndirilən 9 və 12 yaşlı uşaqların sığınacağa gətirilməsi olub.

Azərbaycan Uşaqlar Birliyinin sədri uşaqların “20 Yanvar” stansiyasının keçidlərindən birindən sığınacağa gətirildiyini bildirib:

"Uşaqların dediklərinə görə, əmioğlu-əmiqızıdırlar. Bu uşaqların diləndikləri yerdə görüntüləri də var. Onlar polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına təhvil veriliblər. Biz uşaqlarla iş apardıq. İlkin olaraq gigiyenik vəziyyətlərini qaydaya saldıq. Onlar gətiriləndə çox bərbad durumda idilər. Uşaqların heç biri məktəbə getmir. Onların təhsildən yayındıqları məlum olub. İki uşaqdan birinin valideyni, daha dəqiq desək, atası, dediyinə görə, həbsdədir. Hər iki uşağın valideynləri Ağstafa rayon sakinləridir. Onlar qaraçı uşaqlarıdır. Təəssüf ki, uşaqların heç birinin hüququ qorunmur”.

Kəmalə Ağazadə ötən gün uşaq sığınacağına hücum edənlərin uşaqların valideynləri olduğunu da qeyd edib:

“Bildirdilər ki, səni öldürəcəyik, gör sənə nələr edəcəyik. Uşaqlardan birinin atası qazi olduğunu dedi. Bildirdi ki, gəlib həyətdə özünü yandıracaq. Sığınacağa gəlib qapıya daş, butulka atmağa başladılar. Sığınacaqda olan 30-a yaxın uşaq çox qorxdu. Onları sakitləşdirmək üçün əlimizdən gələni etdik. Ərazi üzrə polis idarəsinə məlumat verdik və dərhal əraziyə gələn əməkdaşlar həmin şəxsləri izahatlarının alınması üçün müvafiq polis idarələrinə apardılar”.

Ətraflı videoda:

Son xəbərlər