Şuşa DYP-nin rəisi qəzaya düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Füzulidə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir.
Bununla bağlı “Qafqazinfo” məlumat yayıb.
Mayor rütbəli İ.Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
***14:22
Füzuli rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Qaladakı dəhşətli qəzada ölən qohumlar dəfn edildi - VİDEO
Noyabrın 17-də Xəzər rayonunda baş verən dəhşətli qəzada ölən 4 nəfər Şamaxının Qızmeydan kəndində torpağa tapşırılıb. BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər ve...