İşlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı
10
fev
2024
14:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə nəqliyyat vasitəsi qaçırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda "moyka" işçisi maşını oğurladı
Bakıda maşın avtoyuma məntəqəsindən oğurlanıb. Daxili İşlər Nazirliyindən lent.az- verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Nərimanov rayonu əra...