Şirvanda yol qəzasında bir ailənin 2 üzvü xəsarət aldı

Şirvanda yol qəzasında bir ailənin 2 üzvü xəsarət aldı
Hadisə 69

Şirvanda yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, minik avtomobili Sabirabad rayon sakinləri - 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızı və qızı, 2006-cı il təvəllüdlü Mirzəyeva Gülgəz Elçin qızını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan ana və qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər