Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə kəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyi iki obyekt müəyyən edilib.
Obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar - VİDEO
Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının...