İşıqforun qırmızı işığından keçdi, 3 maşın toqquşdu - VİDEO

Bakının Yasamal rayonunda üç avtomobil toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi və Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində baş verib.
“Volkswagen” markalı avtomobilin sürücüsü Məhəmməd Xiyabani küçəsi ilə dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini işıqforun yaşıl işığından keçən “Kia” markalı avtomaşına çırpıb.
Daha sonra “Volkswagen” yol kənarında dayanan “Lada Priora” markalı avtomobilə və işıqfora çırpılıb. İşıqfor sıradan çıxaraq aşıb.
Qəza nəticəsində “Kia”da olan bir nəfər xəsarət alıb.
Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Əli bıçaqlı arvadı ilə yataq otağına girdi: "Yalvarışıma baxmadı..." - Bakıda CİNAYƏT
Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Abbas qısqanclıq zəminində arvadı Fərqanəni öldürməyə cəhd edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir k...
