İşıq dirəyinə çıxan sərxoş şəxs aləmi bir-birnə qatdı - FOTO/VİDEO

İşıq dirəyinə çıxan sərxoş şəxs aləmi bir-birnə qatdı - FOTO/VİDEO
Foto Video
Hadisə 19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Saloğlu kəndində bir nəfərin intihar etmək məqsədilə işıq dirəyinə çıxması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1976-ci il təvəllüdlü H.İbrahimov işıq dirəyinə çıxaraq intihara cəhd edir.

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və yüksəklikdən endirərək aidiyyəti üzrə təhvil veriblər.

Ağstafa Rayon Polis Şöbəsindən isə bildirilib ki, həmin şəxs ağır dərəcədə sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər