Vağzalda kişi intihar etmək üçün işıq dirəyinə çıxdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonu, Dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə işıq dirəyinə çıxıb. Belə ki, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.
BAKU.WS xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.
Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər.
Oxşar xəbərlər
Bakıda 5-ci mərtəbədən özünü atmaq istəyən qadın belə XİLAS EDİLDİ - VİDEO
Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, bir vətəndaş Bakı şəhərinin Nizami r...