Şərurlu İsfəndiyarın restoranında dava - Müğənniyə görə dava düşdü, aşığı döydülər

İş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu "Hollivud" restoranında insident yaşanıb.
BAKU.WS Unikal.org-a istinadən xəbər verir ki, otel biznesi ilə məşğul olan iş adamlarından birinin təşkil etdiyi ziyafətdə dava düşüb.
Belə ki, ziyafətin aparıcısı müğənni Nüşabə Musayeva ilə ev sahibi arasında anlaşılmazlıq olub. Bu zaman müğənni əlində olan bakalı qaldırıb, yerə çırpıb. Sonra məclisdə dava düşüb.
Dava zamanı qonaqlardan biri aşıq Fəzail Miskinliyə yumruq vurub. Aşıq huşunu itirərək yerə yıxılıb.
Aranın qızışdığını görən ziyafəti təşkil edən iş adamı qonaqları sakitləşdirib.
Oxşar xəbərlər
“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı
Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb."Qanunsuz...
