Şərurda sərxoş sürücü polis əməkdaşlarına müqavimət göstərib
12
fev
2023
13:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sərxoş sürücü polis əməkdaşlarına müqavimət göstərib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şərur şəhəri ərazisində sərxoş halda avtomobil idarə edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları üçün təhlükə yaradan Xanlıqlar kənd sakini 1993-cü il təvəllüdlü Qasım Həsənov YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və hadisə yerinə dəvət olunan PPX əməkdaşlarına müqavimət göstərib.
Onun barəsində toplanmış materallar Şərur rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Bakıda polisin ona tabe olmayan şəxsin maşınına atəş açması qanunidir? - YENİLƏNİB - ANBAAN VİDEO
“Şəxsin polisin qanuni tələbinə tabe olmaması Azərbaycan Respublikasının İnzibati Xətalar (İXM) Məcəlləsinin 535.1-ci maddəsinə görə məsuliyyət yaradır. Fiziki...