Şərurda 105 kq at əti aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şərur rayonunun Yengicə kəndində 105 kq at əti aşkar olunub
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyin mətbuat xidmətindən report-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon Yencinə kəndində qidaya yararsız at ətinin mal əti adı altında satışını təşkil edən Nizami Babayev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs kəndlərindən və ətraf ərazilərdən atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Nizami Babayevin Şərur rayonunun Yengicə kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilərkən qidaya yararsız 105 kq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Qalereya
Oxşar xəbərlər
Xəstə at ətini mal əti adı altında satan daha bir nəfər saxlanılıb - VİDEO
Qidaya yararsız xəstə at ətini mal əti adı altında satan daha bir nəfər saxlanılıb. DİN-dən verilən məlumata görə, polis əməkdaşları Qida Təhlükəsizliyi Agentli...