Şərur rayonunda ev yanıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Aşağı Aralıq kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində fərdi yaşayış evinin dam hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən evin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 195 m² olan evin damının yanar konstruksiyaları 54 m² sahədə yanıb.
Yanğın baş vermiş evin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Şərurda mənzildə yanğın olub - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən BAKU.WS-ə verilən xəbərə görə,...