Şəmkirdə yol qəzasında iki nəfər yaralanıb

Şəmkirdə yol qəzasında iki nəfər yaralanıb
Hadisə 132

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirininn məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü Əliyev Fəxrin Qulu oğlu və 1970-ci il təvəllüdlü Əliyeva Zenfira Habil qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər