Şəmkirdə torpaq altında qalanların adları bəlli olub - YENİLƏNİB/ FOTO

Şəmkirdə torpaq altında qalanların adları bəlli olub - YENİLƏNİB/ FOTO
Foto
Hadisə 438

Şəmkirin Sərxanlı yaşayış massivində torpağın altında qalan şəxslərin kimliyi məlum olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, onlar ərazidə fəhlə kimi çalışan Məmmədov Rövşən Məzahir oğlu və traktor sürücüsü Tural Qələndərli olub.

Həmin şəxslər bir aya yaxın imiş ki, qeyd olunan yaşayış massivində su çəkilişi ilə məşğul olublar.

Hər ikisi Sərxanlı yaşayış massivi sakinləridir.

***

19:14

Şəmkir rayonunda qədim kəhrizlərdən biri çöküb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Sərxan yaşayış massivi ərazisində baş verib. Kəhrizləri təmizləyərkən quyu uçub və iki kənkan (kəhriz ustaları) xəsarət alıb.

İlkin məlumata əsasən, yaralılardan biri Şəmkir rayon Mərkəzi Xəstəxanasına, digəri isə Gəncə şəhərinə aparılıb.

****

18:42

Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bir neçə nəfər torpaq altında qalıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər