Şəmkirdə məktəb direktorunun öldüyü yol qəzasının bəzi təfərrüatları məlum olub-FOTO

Şəmkirdə məktəb direktorunun öldüyü yol qəzasının bəzi təfərrüatları məlum olub-FOTO
Hadisə 486

Şəmkir rayonunun Sabirkənd kəndində məktəb direktoru Eyvaz Vəliyevin və avtomobilin sürücüsü Xəqani Abbasovun öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı dünyasını dəyişən hər iki şəxs "VAZ" markalı avtomobillə qarşı tərəfdən gələn "Shacman" markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən hər iki şəxs yerindəcə keçinib. Sürücünün cəsədini avtomobildən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri çıxarıb.

Bildirək ki, qəzada dünyasını dəyişən Vəliyev Eyvaz Nurqələm oğlu Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Qəza ilə bağlı cinayət işi açılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Şəmkirdə məktəb direktorunun öldüyü yol qəzasının bəzi təfərrüatları məlum olub-FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər