Şəmkirdə kişi həyat yoldaşını bıçaqladı

Şəmkirdə kişi həyat yoldaşını bıçaqladı
Hadisə 71

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov hadisə ilə bağlı məlumat verib.O bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Son xəbərlər