Şəmkirdə bıçaqlanan şəxs xəstəxanada ölüb

Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Gəncədə tələbə kafe sahibini buna görə öldürüb - TƏFƏRRÜAT- YENİLƏNİB + VİDEO
Gəncədə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib...
