Şəmkir su anbarında batan kişinin meyiti tapılıb
28
may
2024
18:01
Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun cəsədi tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, B.Zabit mayın 23-də sözügedən su anbarında batmışdı.
Oxşar xəbərlər
Buzovnada batan TÜRKİYƏLİ İŞ ADAMIDIR - FOTO - VİDEO - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dənizdə batan həmin şəxs Türk...