Şəmkir sakini dayısını bıçaqlayaraq öldürüb - FOTO - VİDEO

Şəmkir sakini dayısını bıçaqlayaraq öldürüb - FOTO - VİDEO
Foto Video
Hadisə 190

Şəmkirdə bıçaqlanan şəxs xəstəxanada ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini 1989-cu il təvəllüdlü Turan Əzizov şəxsi münasibətlər zəminində dayısı, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevə bir neçə bıçaq xəsarəti yetirib.

Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaq, onu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, saxlanılan şəxsin cinayət hadisəsi barədə verdiyi müsahibə sosial şəbəkədə xeyli müzakirələrə səbəb olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər