Şəkidə yük maşını yandı, sürücü xəsarət aldı
18
iyn
2023
22:30
Şəkidə yük maşını yanıb, sürücü xəsarət alıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, Kiçik Dəhnə kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Ot bağlamalarının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...