Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb - FOTO

02
dek
2023
16:20
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hərəkətdə olan "TIR" markalı yük avtomobilində anidən yanğın baş verib.
Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.
Yanğın nəticəsində yük avtomobilinin ön hissəsi yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dəhşət! - sürücü avtomobilin içərisində YANARAQ ÖLDÜ - FOTO - YENİLƏNİB
Bu gün saat 12 radələrində Balakən rayonunun Poştbinə kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü...
