Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
23
apr
2024
23:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.
Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Sabunçuda sudan qanunsuz istifadə halları aşkarlandı - FOTO/VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sabunçu rayonu, Zabrat dairəsində yerləşən mebel sexi və anbar kimi fəaliyyət göstərən obyektdə suyun talanması faktı...