Şəkidə 5 avtomobil toqquşub, xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki şəhərində 5 avtomobil toqquşub, xəsarət alan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Müşviq küçəsində qeydə alınıb.
Belə ki, ərazidə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB
Dünən Bakıda avtomobil qəzasında yaralanan beş nəfərin müalicəsi davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib. Əlavə olunub ki...