Şəhid kapitan Fərid Mehbalıyev İkinci Şəhidlər Xiyabanında dəfn olundu - VİDEO - YENİLƏNİB

Şəhid kapitan Fərid Mehbalıyev İkinci Şəhidlər Xiyabanında dəfn olundu - VİDEO - YENİLƏNİB
Video
Hadisə 351

Azərbaycan Ordusunun erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu dəfn olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev Yasamal rayonu ərazisində yerləşən İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

***21:25

Müdafiə Nazirliyi Ermənistan Ordusunun təxribatı nəticəsində Azərbaycan şəxsi heyəti arasında itkilər olduğunu açıqlayıb.

Şəhid hərbçilərimizdən biri Möhbalı Fərid Kəmaləddin oğludur

XTQ zabiti ilə vida mərasimi keçirilib.

Qeyd edək ki, şəhid Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər