Şəhid əsgərimizin meyiti Azərbaycana qaytarıldı - FOTO
24
sen
2019
12:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib.Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan ordusunun şəhid əsgərinin FOTOLARI
İki gün öncə Ermənistan silahlı qüvvələri tərəfindən neytral zonada vurulan əsgər Ramin Abdulrəhmanovun fotosu yayılıb.BAKU.WS xəbər verir ki, şəhid əsgərimizin...