Şəhid ailəsinin evini yaran oğru ələ keçdi - FOTO/VİDEO
Tərtər mənzildən oğurluq edən şəxs saxlanılıb.
Şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı, müxtəlif sənədlər oğurlayıb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Rabil Aqil oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.
Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Vəfa Aslanovaya təhvil verilib. Faktla bağlı Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır.
Qalereya
Oxşar xəbərlər
"Dedi ki, ifritlər onu yatırdıb, telefonundan qadınlara pornovideo göndərib" - CİNAYƏT İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə özünü "12-ci imam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirlənd...