Şamaxıda yol qəzasında bir ailənin 3 üzvü həlak olub

Şamaxıda yol qəzasında ölənlərin adları açıqlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər , Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Tanış qadınla yad kişini yatağa salıb videoya çəkdi və... - Bakıda DƏHŞƏTLİ OLAY
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinay...
